📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qusarda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

2024-12-16 22:18:03

Qusarda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

Törətdiyi cinayət əməllərinə görə axtarışda olan şübhəli şəxs Qusar rayonunda saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Qeyd olunub ki, 30 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Alxas Şıxmətov polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.