📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qusarın yeni başçısı nazir müavini imiş – Dosye

2024-07-08 20:36:43

Qusarın yeni başçısı nazir müavini imiş – Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncama əsasən Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Hurriyyet.Az Yeniavaz.com-a istinadla xəbər verir ki, Qusar Rayon İcra Hakimiyyətinin yeni başçısı 1959-cu ildə İsmayıllı rayonunda anadan olub.
1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib.
1985-1993-cü illərdə Tver şəhərinin “Elektroaparatura” zavodunda iqtisadçı, maliyyə-müqavilə şöbəsinin rəisi və Hərbi Sənaye Nazirliyinin “Kalininmaşdetal” istehsalat birliyində baş mühasib vəzifəsində çalışıb.
1993-cü ildə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994-1999-cu illərdə müfəttiş, şöbə rəisi kimi işləyib.
1999-cu ildə “İri vergi ödəyiciləri ilə iş üzrə” Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışıb.
2001-2009-vu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini, 29 mart 2016-cı il tarixli Sərəncamı ilə isə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
2020-ci ildə İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə İqtisadiyyat nazirinin müşaviri vəzifəsinə təyin olunub.
Ailəlidir, 2 övladı var.