📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“"Quska"nın dayısı oğlu həbsdə aclıq keçirir?

2022-01-11 13:49:00

“

"Sabiq deputat Hüseyn Abdullayevin dayısı oğlu, gənc bəstəkar Tural Bayraməliyev aclıq aksiyası keçirir”.

Bu barədə Cebhe.info-ya Tural Bayraməliyevin hüquqi nümayəndəsi Samir Zeynalov məlumat verib.

Vəkilin sözlərinə görə, həbsdə olan bəstəkar Tural Bayraməliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 avqust 2020-ci il tarixli hökmü ilə CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiyası Məhkəməsi hökmü qüvvədə saxlayıb. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli yekuna qərarı ilə isə Tural Bayraməliyevin cəza müddətindən sadəcə 2 ay 19 gün azaldılıb.

Samir Zeynalov bildirib ki, o, özünü təqsirsiz bilir: "Avropa insan hüquqları və əsas azadlıqları haqqında Konvensiyası borca görə həbsi birmənalı olaraq qadağan edib. Təsadüfi deyil ki, hətta bununla bağlı olaraq bu ilin iyul ayında Azərbaycanın cərimələnməsi ilə nəticələnən 4 məhkəmə qərarı qəbul edib. Məhkəmə müəyyən edib ki, qanunsuz həbs edilmiş şəxslərin ədalətli məhkəmə araşdırması hüququ pozulub. Hazırda həbs həyatı yaşayan Tural Bayraməliyevin işi də məhz bu qəbildəndir. Lakin təəssüflər olsun ki, onun üzrlü səbəblərdən dolayı öhdəliyini yerinə yetirə bilməməsi dələduzluq əməli kimi qiymətləndirilib və nəticədə təqsirli olaraq mühakimə olunub. Bu iş üzrə əsas borclu olan şəxs- sabiq gömrük xidməti polkovniki, sabiq DGK-in rəisi Aydın Əliyevin baldızı olan Şədiyyə Salehli isə azadlıqdadır".

Vəkilin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ilə sübuta yetirilib ki, Şədiyyə Salehli “AzəriQaz Bank”dan külli miqdarda (450 000 AZN) kredit götürməkdə maraqlı olub və prosesə Tural Bayraməliyevi cəlb edib:

“Sözügedən şəxs bu məqsədlə bankı aldatmaqdan, kredit müqaviləsinin rəsmiləşməsini təmin etmək üçün saxta sənədlərdən istifadə etməkdən çəkinməyib. Bu faktların hər biri məhkəmə qərarında keçməsinə baxmayaraq, bu gün borclu Şədiyyə Salehli azadlıqda, zamin Tural Bayraməliyev isə həbsdədir”.

Qeyd edək ki, nəğməkar şair və bəstəkar Bayraməliyev Tural Aslan oğlu artıq 3 ildir ki, həbsdədir. O, Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin baldızı, sabiq gömrük xidməti polkovniki Salehli Şədiyyə Arif qızına məxsus 824,156,55 manat əmlakı dələduzluq yolu ələ keçirməkdə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Ramella Allahverdiyevanın çıxardığı 05 avqust 2020-ci il tarixli hökm ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilib.