📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Quterreş Türkiyəyə təşəkkürünü bildirdi

2022-07-14 13:20:00

Quterreş Türkiyəyə təşəkkürünü bildirdi

Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, BMT-nin Baş katibi Antoniu Quterreş Ukrayna taxılını Qara dəniz limanlarından çıxarmaqla bağlı yaranmış problemlərlə bağlı dünən İstanbulda keçirilən görüşün təşkil edilməsində səy göstərdiyi üçün Türkiyə hökumətinə təşəkkür edib.

Xəbər verdiyimiz kimi, dünən İstanbul şəhərində BMT müşahidəçilərinin də iştirakı ilə Türkiyə, Rusiya və Ukrayna hərbi nümayəndələrinin görüşü olub.

Nyu-York şəhərindəki BMT Baş Mərkəzində çıxış edən Quterreş İstanbuldakı görüşü “ümid işığı” adlandırıb.

Hürr Tərcüman