Quterreşdən daha bir çağırış
2022-09-15 00:09:00
BMT, Azərbaycan və Ermənistanın atəşkəslə bağlı razılığa gələ biləcəyinə ümid edir.
Bu haqda BMT-nin Baş katibi Antonio Quterreş açıqlama verib.
“Ümid edirəm ki, atəşkəs əldə olunacaq”, - deyə Baş katib bildirib.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. \\Qafqazinfo