📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Quterreşdən dünyaya çağırış: Bu ölkələrə 100 milyon dollar ayrılacaq

2022-07-18 23:04:00

Quterreşdən dünyaya çağırış: Bu ölkələrə 100 milyon dollar ayrılacaq

BMT Baş katibi Antoniu Quterreş zəngin dövlətləri iqlim dəyişikliyinin təsirlərini aradan qaldırmaq üçün inkişaf etməkdə olan ölkələrə ildə 100 milyard dollar ayırmağa çağırıb.

Hurriyyet.az bu barədə "Report”a istinadən xəbər verir.

Baş katib Berlində 40 ölkənin iştirakı ilə başlayan iqlim konfransında deyib ki, bu ölkələrin hər il 100 milyard dollar ayrılması ilə bağlı vədini şifahi şəkildə dəstəkləməsi kifayətdir: "Bu vədin yerinə yetirilməsinin vaxtını, cədvəlini dəqiqləşdirin, konkret məlumatlar verin”.