📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Quterreşdən Ərdoğana TƏŞƏKKÜR

2022-04-25 22:24:00

Quterreşdən Ərdoğana TƏŞƏKKÜR

Türkiyə Prezidenti Ərdoğan BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.
Görüşdə Rusiya-Ukrayna müharibəsi müzakirə edilib və Quterreş Ərdoğana göstərdiyi səylərə görə təşəkkür edib.
Görüşdə Rusiya-Ukrayna müharibəsi başda olmaqla, digər  regional inkişaflar dəyərləndirilib.
Ərdoğan təkcə döyüşən tərəflərə deyil, bütün dünyaya təsir edən bu böhrandan çıxmaq üçün ağlabatan və etibarlı diplomatik həllin tapılacağına inandığını bildirib.
Türkiyə Prezidenti Ukraynadan mülki əhalinin təxliyyəsi və bölgəyə humanitar yardımın çatdırılmasına töhfə verərək, humanitar böhranın aradan qaldırılması üçün BMT ilə yaxından işləməyə davam edəcəklərini bildirib. \\Demokrat.az