📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Quyudan meyiti tapılan 4 yaşlı uşaq ÖLDÜRÜLÜBMÜŞ

2022-02-01 17:37:00

Quyudan meyiti tapılan 4 yaşlı uşaq ÖLDÜRÜLÜBMÜŞ

Dünən Bakıda 10 metr dərinlikdə olan quyudan meyiti tapılan 4 yaşlı qızın öldürüldüyü məlum olub.

Hurriyyet.az Modern.az-a istinadən xəbər verir ki, istintaq zamanı quyuya atılaraq üstünə torpaq tökülən 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin qətlə yetirildiyi məlum olub. Araşdırmanın yekununda onu öldürməkdə şübhəli bilinən şəxs də saxlanılıb.

O, 1990-cı il təvəllüdlü Mansurov Mehman Malik oğludur. Yanvarın 27-də M.Mansurovun 32 yaşı tamam olub.

Məlumata görə, atası Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub.

Modern.az