📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qvardioladan "Mançester Siti"yə dəstək

2026-10-08 15:29:08

Qvardioladan

Pep Qvardiola "Mançester Siti"nin son dövrlərdə yaşadığı çətinliklərə dəstək olmaq üçün Çempionlar Liqasında oynanılacaq PSJ ilə matçını tribunadan izləyəcək.

Bu barədə Hurriyyet.net  "Haber Global"a istinadən məlumat verir.

Məlumata görə, Pep Qvardiola "Mançester Siti"nin sahiblərini və rəhbərliyini dəstəklədiyini və klubun hər zaman arxasında olacağını ifadə edib.

"Dünyanın hər yerində hər bir "Mançester Siti" azarkeşinin burada olduğumu bilməsini istəyirəm, həm də həmişəkindən daha çox", - deyə o, sosial şəbəkə hesabında yazıb.

"Klubumun, sahibimin, prezidentim Ferranın (Soriano), oyunçuların, personalın, Enzonun (Mareska) və sizin, bənzərsiz azarkeşlərimizin hər zaman arxasında olmuşam və hər zaman da olacağam. Açıq deyim ki, bunun da birlikdə öhdəsindən gələcəyik. Hamınızı sevirəm", - deyə Pep Qvardiola qeyd edib.