📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rafael Ağayev istefa verdi

2025-01-16 11:13:15

Rafael Ağayev istefa verdi

Rafael Ağayev Karate Federasiyasının WKF üzrə vitse-prezidenti vəzifəsindən istefa verəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə o özü məlumat verib.

R.Ağayev deyib:

“Mən birdənə vitse-prezident olduğumu xatırlayıram. Ondan bu yana təəssüflər olsun ki, 7-8 aydır iclaslar olur, bir dəfə dəvət almıram. Ona görə də bu ayın axırına qədər vəzifəmdən istefa verib ayrılacam”.

Qeyd edək ki, Rafael bu açıqlamanı sportlife.az-a müsahibəsində deyib.

Xatırladaq ki, R.Ağayev keçən ilin fevralında Azərbaycan Karate Federasiyasının WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.