📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rafael Ağayevdən sensasion müraciət: “Mənə gömrükdə iş verin“ - Video

2021-12-30 15:18:00

Rafael Ağayevdən sensasion müraciət: “Mənə gömrükdə iş verin“ - Video

5 dəfə dünya, 11 dəfə Avropa çempionu olan karateçi Rafael Ağayev Bakı Baş Gömrük İdarəsində işlə təmin olunmaq istədiyini söyləyib.

Hurriyyet.az Yenisabah.az-a istinadən xəbər verir ki, “Youtube” da yayımlanan “Motivator Azerbaijan” layihəsinin qonağı olan idmançı atasının arzusunu yerinə yetirmək istədiyini bildirib:

“Narazı qaldığım bir məqam var. İstəyirəm ki, işlə təmin olunum. Artıq 36 yaşım var. Nə vaxt işə düzələcəm? Buradan məni müəllimlər izləyirlərsə, Bakı Baş Gömrük İdarəsində işlə təmin etsinlər. Karyera bir yerə qədərdir. Bu mənim istəyim yox, atamın arzusudur ki, dövlət işçisi olum. Bu "sistem" işi də ola bilər, fərqi yoxdur. Əsas məqsəd vətənimə xidmət etməkdir”.

İdmançının bu çıxışı qınaq obyektinə çevrilib.