Rafael Ağayevin növbəti döyüşünün vaxtı açıqlandı
2022-04-14 22:39:00
Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayevin peşəkarların mübarizə apardığı "Karate Combat"dakı növbəti döyüşünün vaxtı açıqlanıb.
37 yaşlı titullu idmançı iyunun 11-də Macarıstan təmsilçisi Jolt Habda ilə qarşılaşacaq. Görüş ABŞ-ın Florida ştatının Orlando şəhərində baş tutacaq.
Bu, turnirdə yeni mövsümün sayca 3-cü döyüşü olacaq.
Qeyd edək ki, Rafael Ağayev ilk dəfə 2018-ci ildə "Karate Combat" turnirində çıxış edib. O, həmin vaxt Dominikan karateçisi Dionisio Qustavo ilə döyüşüb və qalib gəlib. \\Axar.az