Rafael Dağlıdan “Axşamlar” sürprizi - Video
2026-10-17 16:15:59
Tanınmış klarnet ifaçısı Rafael Dağlı (Bayramov) Türkiyədə yeni musiqi layihəsi üzərində çalışır.
Hurriyyet.net xəbər verir ki, sənətçi mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin ifasında sevilən “Axşamlar” mahnısını yeni aranjimanda dinləyicilərə təqdim etməyə hazırlaşır.
Artıq mahnı yenidən aranjiman olunub, hazırda isə Türkiyədə ekran işi üzərində çalışılır. Layihədə Rafael Dağlını türkiyəli musiqiçilər müşayiət edirlər.