📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rafael Fiziyev UFC-də növbəti döyüşə çıxır

2026-01-31 18:57:34

Rafael Fiziyev UFC-də növbəti döyüşə çıxır

UFC döyüşçüsü Rafael Fiziyev növbəti yarışa çıxacaq.

"Hurriyyet.org Oxu.Az"-a istinadən xəbər verir ki, yüngül çəki dərəcəsində mübarizə aparan Fiziyev braziliyalı Maurisiu Ruffi ilə döyüşəcək.

Bu qarşılaşma ABŞ-də keçiriləcək UFC 325 turniri çərçivəsində baş tutacaq. Turnir Bakı vaxtı ilə saat 06:00-dan etibarən start götürəcək.

Qeyd edək ki, R.Fiziyev sonuncu dəfə UFC-də ötən ilin iyununda Bakıda keçirilmiş turnirdə iştirak edib və İqnasio Bahamondesə qalib gəlib.