📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rafael İskəndərovun anası bu tanınmış şəxsin müəlliməsi imiş

2024-03-08 00:02:45

Rafael İskəndərovun anası bu tanınmış şəxsin müəlliməsi imiş

Əməkdar artist Rafael İskəndərov “Səma ilə görüş” filminin qala gecəsində anasını aktyor İlkin Həsəni ilə görüşdürüb.

Hurriyyet.az Olay.az-a istinadən xəbər verir ki, onun anası məktəbdə Həsəninin riyaziyyat müəllimi olub. “İllər sonra anam məktəbdə riyaziyyatdan dərs dediyi şagirdi İlkinlə görüşdü”, - deyə, İskəndərov paylaşımında yazıb.

İlkin Həsəni Əməkdar artistin paylaşımına “Zariya mülliməm. Allah cansağlığı versin. 98-99-cu illərdə bu xanımın sayəsində bütün sinfimiz “Bala Başa Bəla” teletamaşasını əzbər bilirdi” şərhini yazıb.