📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rafiq Hüseynov İslamiadanın qalibi oldu

2022-08-12 23:51:00

Rafiq Hüseynov İslamiadanın qalibi oldu

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

82 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada qırğızıstanlı Kalidin Asikeyevlə görüşüb.

Rəqibinə 6:3 hesabı ilə qalib gələn Hüseynov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, Azərbaycan güləşçiləri 3-cü günü 5 medalla başa vurublar. Hüseynovdan əvvəl Eldəniz Əzizli (55 kq) qızıl, Elis Manolova (65 kq) və Ülvi Qənizadə (72 kq) gümüş, Elnurə Məmmədova (55 kq) isə bürünc medal qazanıb. \\Report