📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Raket hücumu ilə bağlı İrana xəbərdarlıq etmişik - ƏRDOĞAN

2026-03-05 22:20:18

Raket hücumu ilə bağlı İrana xəbərdarlıq etmişik - ƏRDOĞAN

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Türkiyə ərazisinə atdığı raketlə bağlı danışıb.

Modern.az xəbər verir ki, Ərdoğan bildirib ki, baş verən hadisə ilə bağlı Türkiyənin həssas mövqeyi açıq şəkildə qarşı tərəfə çatdırılıb.

“Dünən baş verən hadisə ilə bağlı həssaslığımızı çox açıq şəkildə göstərdik və bunun təkrar olunmaması üçün lazımi xəbərdarlıqları etdik. İlk gündən bəri sülh üçün göstərdiyimiz səylər ortadadır. Heç kim qonşuluq və qardaşlıq hüququna zərər verən yanlış mövqe tutmamalıdır”, – deyə Türkiyə prezidenti vurğulayıb.

Ərdoğan əlavə edib ki, Türkiyə hər cür təhdidə qarşı müttəfiqləri ilə birlikdə hərəkət edəcək.