📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Raket komplekslərimiz uçan hədəfləri məhv etdi - Video

2023-08-18 10:23:00

Raket komplekslərimiz uçan hədəfləri məhv etdi - Video

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib.

Bu barədə Hurriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təkmilləşdirilmiş S-125 2TM zenit-raket komplekslərindən aşağı hündürlükdə uçan az sürətli və kiçik ölçülü hava hədəflərinin aşkar edilərək praktiki şəkildə məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

"Atışların keçirilməsində əsas məqsəd şəxsi heyətin praktiki vərdişlərinin, həmçinin zenit-raket komplekslərinin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsidir", - məlumatda qeyd olunub.