📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Raketlər uçur, Rusiya isə deyir ki, onlar bizim deyil - Polşa

2026-11-25 19:45:22

Raketlər uçur, Rusiya isə deyir ki, onlar bizim deyil - Polşa

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın yeni beynəlxalq təhlükəsizlik sistemi yaratmaq təklifini tənqid edib.

Modern.az xəbər verir ki, nazir Rusiyanın üzvü olduğu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) prinsiplərinə əməl etmədiyini bildirib.

“Rusiya beynəlxalq aləmdə yeni təhlükəsizlik sistemi yaratmağı təklif edir. Halbuki artıq fəaliyyət göstərən bir sistem var – ATƏT. Rusiya da onun üzvüdür. ATƏT-in on prinsipi var və Rusiya onların hamısını pozur.

Moskva isə faktiki olaraq deyir ki, bizə etibar edin, yeni qaydaları razılaşdıran kimi onlara əməl edəcəyik. Sonra raketlər gəlir və bizə deyirlər ki, bunlar bizim raketlərimiz deyil”, – Sikorski bildirib.