📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ramal Hüseynov futboldan uzaqlaşdırıldı, üç nəfərə ağır cəza verildi

2022-04-08 22:52:00

Ramal Hüseynov futboldan uzaqlaşdırıldı, üç nəfərə ağır cəza verildi

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

İclasda xüsusən də Gənclər Liqasının son turunda bir neçə matçda baş verən hadisələrlə bağlı qərarlar diqqət çəkib.

 

"Səbail” – "Qarabağ” oyununda matçın 77-ci dəqiqəsində "Səbail”  komandasının 99 nömrəli futbolçusu Kamil Qardaşlı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.

 

"Səbail” – "Qarabağ” oyununda "Səbail”  komandasının 66 nömrəli futbolçusu Əkbər Eyyubov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

"Səbail” – "Qarabağ” oyununda "Səbail”  komandasının məşqçi heyətində yer alan, stadiona giriş qadağası davam edən Ramal Hüseynov hakimləri təhqir etməsinə və meydana daxil olmasına görə 2 il müddətinə futbol ilə əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edilsin. Kluba xəbərdarlıq edilsin.

 

"Keşlə” – "Qəbələ” oyununda matçın 90+3-cü dəqiqəsində "Qəbələ” komandasının 15 nömrəli futbolçusu Ravil Qafarov kütləvi dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 6 oyun cəzalanır.

 

"Keşlə” – "Qəbələ” oyununda matçın 90+3-cü dəqiqəsində "Keşlə”  komandasının 4 nömrəli futbolçusu Nihat Əmrahzadə kütləvi dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 6 oyun cəzalanır.

 

"Keşlə” – "Qəbələ” oyununda matçın 90+3-cü dəqiqəsində "Keşlə”  komandasının 14 nömrəli futbolçusu Nihad Mollayev kütləvi dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 6 oyun cəzalanır. \\Qaynarinfo