📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ramazan bayramında ardıcıl 4 gün iş olmayacaq

2025-01-08 19:45:19

Ramazan bayramında ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda Ramazan ayı martın 1-də başlayacaq.

Hurriyyet.Az xəbər verir ki, ilk Qədr (Əhya) gecəsi martın 18-i, digərləri isə martın 20-si, 22-si və 26-sı olacaq.

Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq.

Martın 30-u bazar gününə təsadüf etdiyindən martın 30-u, 31-i və aprelin 1-i qeyri-iş günləri olacaq. \\Day.Az