📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ramazan Kadırovun qəzaya düşən oğluna medal verildi

2026-01-17 20:19:15

Ramazan Kadırovun qəzaya düşən oğluna medal verildi

Çeçenistan Təhlükəsizlik Şurasının katibi Adam Kadırov “Atom elektrik stansiyalarının təhlükəsizliyinin artırılmasında xidmətlərə görə” qızıl medalla təltif olunub.

"Hurriyyet.az" xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telqram kanalında məlumat yayıb.

Məlumata görə, mükafat Rosqvardiyanın Çeçenistan Respublikası üzrə idarəsinin “Axmat-Qroznı” OMON-unun komandiri Anzor Bissayev tərəfindən təntənəli şəraitdə təqdim edilib.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə Qroznıda baş verdiyi iddia olunan yol-nəqliyyat hadisəsi nəticəsində Adam Kadırovun xəsarət alması ilə bağlı məlumatlar yayılmışdı.\\APA