📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ramil Hacı vəzifəsindən azad edildi

2023-07-21 19:59:00

Ramil Hacı vəzifəsindən azad edildi

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri vəzifəsindən azad olunub.

Hurriyyet.Az APA-ya istinadən bildirir ki, bununla bağlı Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb. Sərəncama əsasən nazir Ramil Qəşəm oğlu Hacı vəzifəsindən azad olunub.

Digər sərəncamla Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Məcid Mirəli oğlu Seyidova verilib.