📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ramil İskəndərli: Rəqəmsallaşma QHT-lərin institusional inkişafının əvəzolunmaz tərkib hissəsidir

2026-08-05 13:48:12

Ramil İskəndərli: Rəqəmsallaşma QHT-lərin institusional inkişafının əvəzolunmaz tərkib hissəsidir

Rəqəmsallaşma artıq QHT-lər üçün seçim deyil, institusional inkişafın əvəzolunmaz tərkib hissəsinə çevrilib.

Hurriyyet.Media xəbər verir ki, bunu Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli "QHT sektorunda rəqəmsallaşma və innovasiyalar" mövzusunda tematik sessiyada deyib.

Onun sözlərinə görə, Azərbaycan QHT-ləri rəqəmsal fürsətlərdən geniş istifadə imkanlarına malikdirlər:

"Süni intellekt sahəsi, rəqəmsal kommunikasiya hər bir sahədə inkişafa təkan verən mühüm amildir. Rəqəmsallaşma təkcə texnologiyanın tətbiqi yox, düşüncənin inkişafı deməkdir. Daha intellektual vətəndaş cəmiyyəti qurmaq istəyiriksə, rəqəmsal transformasiyaya diqqət ayırmalıyıq".