📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ramil Səfərovun xanımı deputat seçildi?

2024-09-16 17:03:42

Ramil Səfərovun xanımı deputat seçildi?

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası sentyabrın 1-də VII çağırış Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin yekun nəticələrini açıqlayıb.

Namizədliyini irəli sürənlər arasında polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı, hazırda BDU-da rektor müşaviri kimi çalışan Şəbnəm Səfərova da var idi. O, 119 saylı Ağdam Seçki Dairəsindən seçkilərə qatılmışdı və deputat seçilib-seçilməyəcəyi maraq doğururdu.

Lakin Şəbnəm Səfərova deputat seçilməyib. Sözügedən dairədən Bəxtiyar Əliyev qalib olub./metbuat.az