Ramil Vəlizadə V İslam Həmrəyliyi Oyunlarında Azərbaycana 22-ci qızıl medalı qazandırdı
2022-08-17 12:23:00
Hurriyyet.az xəbər verir ki, Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında azərbaycanlı üzgüçü Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 01:58.26 saniyə nəticə göstərək Azərbaycana qızıl medal qazandırıb. Bu Azərbaycanın V İslam Həmrəyliyi Oyunlarında qazandığı 22-ci qızıl medaldır.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançılarının iştirak elədiyi yarışlar avqustun 18-dək davam edəcək.
Hürr Tərcüman