📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ramin Bayramlı universitetdəki vəzifəsindən də ayrıldı - EKSKLÜZİV

2021-09-24 17:09:00

Ramin Bayramlı universitetdəki vəzifəsindən də ayrıldı - EKSKLÜZİV

Bu ayın əvvəlində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri vəzifəsindən istefa verən Ramin Bayramlı Azərbaycan Tibb Universitetindəki (ATU) işindən də ayrılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Modern.az-a ATU-nun mətbuat katibi Günel Aslanova məlumat verib.

G.Aslanova qeyd edib ki, R.Bayramlının ATU ilə bağladığı müqavilənin müddəti başa çatıb:

“Ramin Bayramlı Azərbaycan Tibb Universitetində əvəzçilik müqaviləsi əsasında çalışırdı. Yeni müqavilə üçün müraciət etməyib. Hazırda bizim işçimiz deyil”.