Ramin Musayev istefa verdi
2022-07-29 11:10:00
Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən istefa verib.
Hurriyyet.az xəbər verir ki, o, yaxın ətrafına səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyini açıqlayıb.
Bununla bağlı o, bu gün Premyer Liqada yarışan klub nümayəndələri ilə görüşür. Yaxın saatlarda bununla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.
Qeyd edək ki, 2008-ci ildən PFL-in prezidenti vəzifəsində çalışırdı.
Qol.az