📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Raminə Abdullayeva işdən çıxdı

2024-12-27 09:20:04

Raminə Abdullayeva işdən çıxdı

AzeLab MMC-nin direktoru Raminə Abdullayeva işdən çıxıb.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik müvəqqəti olaraq onun müavini Şəhla Lətifovaya həvalə edilib.

Xatırladaq ki, "AzeLab" 2020-ci ildə nazirlik yanında Milli Hidrometeorologiya Xidmətinin Laboratoriya Mərkəzinin, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Laboratoriyasının və Milli Geoloji Kəşfiyyat Xidmətinin Analitik Tədqiqatlar laboratoriyasının bazasında yaradılıb. Onun nizamnamə kapitalı 245 749 manatdır. Şirkət dövlət sifarişinə əsasən ətraf mühit komponentlərinin keyfiyyəti üzrə analizlər həyata keçirir.