📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ramiz Mehdiyevin istefa ərizəsi sabah Prezidentə təqdim olunacaq

2022-02-18 17:05:00

Ramiz Mehdiyevin istefa ərizəsi sabah Prezidentə təqdim olunacaq

“Sabahkı iclasda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin vəzifədən istefa verməsi məsələsi müzakirə olunacaq”.

Bu barədə Modern.az-a AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib.  

O xatırladıb ki, AMEA prezidenti Ramiz Mehdiyev istefa verməsi barədə Rəyasət Heyətinə müraciət etmişdi:

“Rəyasət Heyətinin üzvləri həmin müraciətə baxıb, onu məqsədəuyğun saydılar. Sabah işdən çıxması məsələsi dəqiqləşdiriləcək. Sabah iclasda qəbul olunan qərar yuxarı instansiyalara göndəriləcək. Yəqin ki, sabah prezidentə təqdim ediləcək. 

AMEA-nın prezidentliyinə namizədlərin kim olacağı barədə bir fikrim yoxdur. Öncəgörmə ilə məşğul deyiləm. Bununla maraqlanmıram".

Modern.az