📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ramiz Novruza qeyri-adi baş daşı - FOTO

2023-04-04 19:24:00

Ramiz Novruza qeyri-adi baş daşı - FOTO

Xalq artisti Ramiz Novruzun məzar daşı qeyri-adi dizaynda hazırlanır.

Bu barədə onun qızı Şəfəq Novruz sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, məzar daşına aktyorun oynadığı filmlərdən kadrlar, xüsusən Həzi Aslanov rolundakı şəkli həkk olunub.

Məzar daşının dizaynını Ramiz Novruzun oğlu Cavidan Novruz verib.

Məzar daşının üzərində filmdən götürülmüş “Sizi dünyalar qədər sevirdim” cümləsi isə çox dərin anlam ifadə edib.

 

 

Lent.az