📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ramiz Qafarov zalda infarkt keçirdi: təcili müdaxilə olundu - FOTO

2023-10-26 20:10:11

Ramiz Qafarov zalda infarkt keçirdi: təcili müdaxilə olundu - FOTO

Tofiq Bəhrəmov adına Respublika stadionunun tanınmış diktoru Ramiz Qafarovun qəfil halı pisləşib.

Hadisə Çelenc Kuboku çərçivəsində kişi voleybolçulardan ibarət "Xarı Bülbül" (Şuşa) komandasının 1/32 final mərhələsində Slovakiyanın "Spartak (Miyava) kollektivi ilə mübarizə aparan zaman yaşanıb. O, Bakıda baş tutan qarşılaşmanı izləyənlər arasında olub.

Matçı seyr edənlər arasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov da olub. Onun göstərişi ilə Ramiz Qafarov Gömrük Hospitalına qaldırılıb. 

Ramiz Qafarov infarkt keçirib və həkimlər ona təcili yardım göstərib. 

Məşhura elektroşokun verildiyi, hazırda səhhətinin yaxşı olmadığı bildirilir.

 

 

Ölkə.Az