📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ramiz Şabanov vəzifəsindən niyə azad olunub? - RƏSMİ AÇIQLAMA

2021-12-09 14:16:00

Ramiz Şabanov vəzifəsindən niyə azad olunub? - RƏSMİ AÇIQLAMA

“9 dekabr 2021-ci il tarixdə Musavat.com saytında “Tərtərin icra başçısının birinci müavini vəzifədən çıxarıldı - növbədə kimlər var?” başlığı altında verilmiş məlumat əsassızdır”.

Bu barədə Musavat.com-a Tərtər Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov dövlət qulluğunda çalışmağının son yaş həddinə çatdığı üçün öz ərizəsinə əsasən işdən azad edilib:

“Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov, rayon icra hakimiyyəti başçısı aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Fizuli Əliyev və rayon icra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar