📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ramzan Kadırov yenidən Çeçenistanın başçısı seçildi

2021-09-20 17:45:00

Ramzan Kadırov yenidən Çeçenistanın başçısı seçildi

Hurriyyet.az virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı vəzifəsinə keçirilən seçkilər nəticəsində Ramzan Kadırov yenidən Çeçenistanın başçısı seçilib. 

Çeçenistan Mərkəzi Seçki Komissiyası onun 99,7 faiz səs topladığını elan edib. 

Qeyd edək ki, R.Kadırov 1976-cı ildə anadan olub. O, 2004-cü ildən Çeçenistana rəhbərlik edir.  

R.Kadırov 2003-2004-cü illərdə Çeçenistan Respublikasının prezidenti olmuş Əhməd Kadırovun oğludur. Əhməd Kadırov 2004-cü il mayın 9-da sui-qəsd nəticəsində 52 yaşında öldürülüb.