"Range Rover" piyadanı vurub ÖLDÜRDÜ
2022-09-01 23:48:00
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rüstəmov Fazil Şahbaz oğlu idarə etdiyi “Range Rover” markalı avtomobillə Xəzər rayonu ərazisində Buzovna -Zaqulba yolunda hərəkətdə olan zaman yolu sağdan sola keçən piyada 1956-cı il təvəllüdlü Süleymanov Allahyar Baxış oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanaraq istintaq davam etdirilir.\\Konkret