📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rasim Balayevin səhhətində problem: Əməliyyat olundu

2024-07-08 10:42:12

Rasim Balayevin səhhətində problem: Əməliyyat olundu

Xalq artisti Rasim Balayev əməliyyat edilib.

Hurriyyet.az xəbər verir ki, xalq artisti teleqraf.com-a açıqlamasında səhhətinin normal olduğunu deyib:

"Əməliyyat edildim, xəstəxanada bir gün qaldım. Hazırda evdəyəm. Sol ayağımda problem vardı, yaxşı hərəkət edə bilmirdim. Neçə ildir, bu xəstəlikdən əziyyət çəkirdim. Həkimlər əvvəl əməliyyat etmək istəmirdilər, mən də fizioterapiyaya gedirdim. Gördüm, faydası yoxdur. İyunun 4-də əməliyyata getdim, indi hər şey qaydasındadır".

Qeyd edək ki, Rasim Balayevin 75 yaşı var.