📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rasimin axtarışları davam edir - VİDEO

2024-03-02 14:39:28

Rasimin axtarışları davam edir - VİDEO

26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.

Hurriyyet.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, hazırda Nazirliyin qüvvələri tərəfindən uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Axtarış əməliyyatları, həmçinin kanal boyu mürəkkəb keçidlərdə suyun səviyyəsinin endirilməsi ilə fasiləsiz davam etdirilir.