📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rasmussendən Tiflis və Kiyevlə bağlı təklif

2022-01-06 09:18:00

Rasmussendən Tiflis və Kiyevlə bağlı təklif

 

NATO Ukrayna və Gürcüstana həllini tapmayan ərazi mübahisələrinə rəğmən ittifaqa üzvlüklə bağlı fəaliyyət planı təqdim etməlidir.

Hurriyyet.az xəbər verir ki, bu barədə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.

“2008-ci ildə Gürcüstan və Ukraynaya NATO masası arxasında yer vəd etdik və sözümüzü yerinə yetirmək üçün fəaliyyət planı yaratmağın zamanı gəldi. Lazım gələrsə, NATO Nizamnaməsinin 5-ci maddəsinin yalnız Kiyev və Tiflisin nəzarətində olan ərazilərə şamil olunduğunu bəyan etməklə bunu edə bilərik”, - deyə Rasmussen bildirib.