📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rayonda itkin düşən gənc qız görün harada tapıldı

2022-01-27 15:55:00

Rayonda itkin düşən gənc qız görün harada tapıldı

Cəlilabad rayonunda itkin düşən gənc qız tapılıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev deyib.

O bildirib ki, rayonun Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyevanın Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində olduğu yer müəyyən edilib və ailəsinə təhvil verilib.

Qeyd edək ki, Z.Mirzəyeva 2021-ci ilin noyabr ayının 6-da Cəlilabad şəhəri ərazisindəki mərkəzi bazardan naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Musavat.com