📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Razi Nurullayevin təbrikindən sancılanan mərizlər..." - Sədr müavini

2022-07-09 21:13:00

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin xalqımızı və dövlət başçısını bayram münasibəti ilə təbrik etməsi bəzi qarınquluları narahat edib.

İçlərinə elə ağrı dolub ki, sosial şəbəkələrə qusa-qusa özlərini də batırıblar. Bayramlarda təbrikləşmək, xoş arzular bildirmək, hətta bəzi bayramlarda küsülülərin barışması xalqımızın min illik ənənəsidir. Dövlətçilik maraqları naminə ortaq nöqtələrdə iqtidarla müxalifətin yaxın mövqelərdə bulunması da siyasi əxlaqdır. 

Necə ki, 44 günlük Vətən müharibəsində ümummilli xalq mövqeyinin vəhdəti iqtidar-müxalifət birliyinə də gətirib çıxarmışdı. Dövlətin başçısını bayram münasibəti ilə təbrik etmək müxalifətçini müxalifətlikdən çıxarmaz. Əksinə, bu, bir mədəniyyət, siyasətdə etika, sivil mübarizənin düşmənçilik olmadığının nümünəsi, göstəricisidir. İndi bəzi naxoş və siyasi cəhətdən nasaz adamlar ola bilsin bir az da qurban ətinə şərab qataraq üstündən qatıq yeyiblər. İndi də qarınlarına sancı dolub, texniki səhv axtarışına dalıblar. Əsas təbrikin mahiyyətidir, ifadələrin fərqli olmasının qüsuru yoxdur. Əsas olan odur ki, Razi Nurullayev dövlət və xalq maraqlarının müdafiəsi məsələsində partiyamızla birgə dövlətin, dövlət başçısının yanında olmasını ifadə edib. Bu təbrikdən sancılanan mərizlərə aptekə yaxınlaşmaları tövsiyə olunur. 

Tural İrfan, Milli Cəbhə Partiyasının sədr müavini

Cebhe.info