📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Razılıq əldə edildi: Qəzzada atəşkəs ELAN OLUNUR

2025-01-15 22:29:34

Razılıq əldə edildi: Qəzzada atəşkəs ELAN OLUNUR

İsrail və HƏMAS atəşkəs barədə razılığa gəlib.

Razılıq Qətərdə əldə edilib.

Tərəflər girovların azad edilməsi və Qəzza zolağında atəşkəsin yaradılması ilə bağlı razılığa gəliblər.

Hələlik rəsmi olaraq elan olunmayan razılaşma altı həftəlik ilkin atəşkəs mərhələsini, İsrail qüvvələrinin Qəzzadan tədricən çıxarılmasını, girov və məhbusların sərbəst buraxılmasını nəzərdə tutur.

ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp bəyan edib ki, yaxın zamanda HƏMAS-ın saxladığı israilli girovlar azad ediləcək.

Qəzzada atəşkəs razılaşmasına əsasən ilkin olaraq girov götürülmüş 33 İsrail vətəndaşı azad olunacaq. \\Modern.az