📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Read Səmədov yarışda üçüncü yeri tutdu

2026-11-05 14:19:31

Read Səmədov yarışda üçüncü yeri tutdu

BƏƏ-nin Əl-Əyn şəhərində rapid və blits üzrə gənclər arasında dünya çempionatı (U-20) keçirilir. 

Hurriyyet.net  xəbər verir ki, Azərbaycanı yarışda Read Səmədov və Şiroğlan Talıbov təmsil edir.

Rapid üzrə mübarizədə 9 turdan sonra 7 xal toplayan Read Səmədov yarışda üçüncü yeri tutub. O, liderdən cəmi yarım xal geri qalıb. Talıbov isə 6,5 xalla 8-ci olub.

Ümumilikdə turnirdə 91 şahmatçı mübarizə aparır. Turnirdə bu gün və sabah blits üzrə yarışlar keçiriləcək.