📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Real" Ardaya qadağa qoydu

2023-11-15 19:24:52

Madrid "Real"ı İspaniya və Türkiyə mətbuatının böyük maraq göstərdiyi Arda Gülər üzərində təzyiqi azaltmaq üçün futbolçunu mediadan təcrid edib.

“Kral klubu" türkiyəli yarımmüdafiəçinin yerli mətbuatdan gizlədilməsi barədə qərar verib.

Ardıcıl 3 dəfə zədələnən və Madrid təmsilçisində hələlik meydana çıxa bilməyən Arda Güləri qorumaq üçün klub radikal qərarlar qəbul edib. Buna görə də klub Türkiyə mətbuatından gələn müsahibə istəklərini rədd edib.\\Offsideplus.az