📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Real" "Çelsi"nin daha bir məşhur futbolçusunu transfer edir

2022-04-30 00:17:00

Madrid "Real"ı "Çelsi"nin daha bir futbolçusuna göz dikib.

İspaniya təmsilçisi "zadəganlar"ın cinah müdafiəçisi Ris Ceymsi sıralarına qatmağa hazırlaşır.

Məlumata görə, "kral klubu"nun rəhbərliyi 22 yaşlı ingiltərəli futbolçunun keçidini həll ütməkçün hazırda Premyer Liqa komandasıyla danışıqlar aparır.

Müzakirələrin "Real" üçün müsbət məcrada keçdiyi bildirilir.

Qeyd edək ki, "Çelsi" akademiyasının yetirməsi olan Ceyms 2018-ci ildən əsas komandada çıxış edir.

Xatırladaq ki, La Liqa klubu bundan əvvəl Antonio Rüdigerin keçidini həll etmişdi. \\Offsideplus.az