📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Real” “El Klasiko”dan qabaq hakimlərə təzyiqləri artıracaq

2026-10-14 22:15:02

“Real” “El Klasiko”dan qabaq hakimlərə təzyiqləri artıracaq

İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlər Texniki Komitəsi (CTA) “Real Madrid” klubunun La Liqanın 10-cu turundakı “Barselona” matçı öncəsi hakimlərə olan təzyiqi daha da artıracağını gözləyir.

Hurriyyet.net  İspaniyanın məşhur “Cadena SER” radiostansiyasının “El Larguero” proqramına istinadən xəbər verir ki, “Kral klubu”nun hakimlərə qarşı qərəzli münasibət bəslənməsi ilə bağlı iddiaları İspaniya futbolunda ciddi təşviş yaradıb.

“Hakim cəmiyyətinin bütün səviyyələrində “Real Madrid”in hər oyununda – klub rəhbərliyində, tribunalarda, mediada və ümumi mühitdə baş verənlərlə bağlı böyük narahatlıq var. CTA hesab edir ki, “Real”ın hakimlərin onlara qarşı qərəzli olması barədə inamından yaranan bu gərginlik “El Klasiko” yaxınlaşdıqca, önümüzdəki iki həftə ərzində daha da kəskinləşəcək”, – deyə İspaniya mətbuatı bildirir.

Xatırladaq ki, dünya futbolunun və İspaniyanın ən böyük qarşıdurması olan “El Klasiko” oktyabrın 26-da baş tutacaq.