📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Real Madrid" Arda Gülər üçün "Fənərbağça"ya nə qədər ödəyib? - MƏBLƏĞ

2023-07-06 19:12:00

"Real Madrid"  "Fənərbağça"dan Arda Güləri rəsmən heyətinə qatıb. 

"Kral klubu" 18 yaşlı yarımmüdafiəçi ilə 6 illik sözləşmə bağlayıb.

"Real" Türkiyə millisinin üzvü üçün "Fənərbağça"ya 20 milyon avro ödəniş edib. Bundan əlavə, futbolçunun performansından asılı olaraq, "Kral klubu" "sarı-lacivərtlər"ə 10 milyon avro bonus ödəyəcək. Arda Gülərin başqa kluba transferi halında "Fənərbağça" "Real Madrid"in əldə edəcəyi gəlirin 20%-ni qazanacaq. \\Offsideplus.az