📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Real Madrid” futbolçusunu icarəyə verdi

2023-07-15 22:24:00

“Real Madrid” futbolçusunu icarəyə verdi

“Real Madrid” müdafiəçisi Xesus Valyexonu icarəyə verib.

26 yaşlı ispaniyalı müdafiəçi gələn ilin yayına qədər “Qranada”da çıxış edəcək.

Ötən mövsüm “kral klubu”nda cəmi bir oyuna çıxan Valyexo karyerası ərzində “Saraqosa”, “Ayntraxt”, “Vulverhempton”da icarə əsasında oynayıb. \\Konkret.Az