📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Real Madrid" Mbappedən əl çəkdi: Türk ulduz üçün hərəkətə keçdi

2023-06-28 19:23:00

"Real Madrid" Kilian Mbappedən çox Arda Gülərin transferinə fokuslanıb.

Bu barədə "Marca" nəşri məlumat yayıb. "Kral klubu" "Fənərbağça"nın 18 yaşlı yarımmüdafiəçisini bu yay heyətinə cəlb etmək istəyir. Klub transferin gerçəkləşməsi üçün danışıqlar aparır. 

Qeyd edək ki, PSJ-nin bu yay Kilian Mbappeni satmaq istədiyi bildirilir. Futbolçunun adı "Real Madrid"lə hallansa da, fransız hücumçu daha öncə 2023-24 mövsümünü PSJ-də keçicəcəyini açıqlayıb.\\Offsideplus.az