"Real Madrid"dən 100 milyonluq TRANSFER
2023-06-07 21:56:00
Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Jud Bellinqemin Madrid "Real"ına transferi rəsmiləşib.
Bu barədə Almaniya klubu bəyanat yayıb.
Bildirilib ki, İngiltərə millisinin üzvü İspaniya klubuna satılıb. Transfer almanlara 103 milyon avro qazandırıb. Sözləşməyə həmçinin bonus maddələri də qoyulub.
19 yaşlı orta sahə oyunçusu "kral klubu" ilə 6 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Bellinqem bu mövsüm "Borussiya"nın heyətində 42 oyunda 14 qol, 6 assistlə yadda qalıb. \\Matc.az