"REAL üçün ən önəmli hədəf parlamentdə institusional təmsilçilik qazanmaqdır" - İLQAR MƏMMƏDOV
"İrəli atılmış prezident seçkisi bizim üçün hazırlaşdığımız parlament seçkisi qədər önəm daşımalıdırmı?" sualına müsbət cavab versək, öz namizədimiz olacaq"
"2024-cü ildə Respublikaçı Alternativ üçün ən önəmli hədəf parlamentdə institusional təmsilçilik qazanmaqdır. Bununla bərabər, son anda əsas planımıza dəyişiklik etməyə məcbur ola bilərik, çünki prezident seçkisinin təqvimini hakimiyyət yenə öz bildiyi kimi dəyişdi". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov deyib.
İlqar Məmmədov əlavə edib ki, rəhrəblik REAL-ın Siyasi Komitəsi yeni yaranan ikinci hədəfin birinciyə uyğunlaşdırılması yollarını da arayacaq: "Əsas sual budur: İrəli atılmış prezident seçkisi bizim üçün hazırlaşdığımız parlament seçkisi qədər önəm daşımalıdırmı? Suala müsbət cavab versək, öz namizədimiz olacaq. Cavab mənfi olsa, başqa namizədə səs verəcəksiniz".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az